• şənbə, 27 Aprel, 03:19
  • Baku Bakı 14°C

Nazilərlər Kabinetində 2015-ci ilin dövlət büdcəsi müzakirə olunub

23.09.14 17:12 1092
Nazilərlər Kabinetində 2015-ci ilin dövlət büdcəsi müzakirə olunub
Bu gün Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin sədrliyi ilə 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.
AzərTAc xəbər verir ki, iclas zamanı A. Rasizadə dövlət büdcəsi layihəsinin prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunan nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb.
Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirildiyi qeyd olunub.
Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra iclasın yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun ölkə başçısına təqdim edilməsi barədə qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər