• cümə, 29 Mart, 06:00
  • Baku Bakı 5°C

Naxçıvanda artilleriya və minaatan bölmələri yoxlanılıb

14.08.19 13:18 3806
Naxçıvanda artilleriya və minaatan bölmələri yoxlanılıb
"Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən 1-ci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindənAZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yoxlama zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.
Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra olunub. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkarlanmış hədəfləri məhv ediblər.
Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

banner

Oxşar Xəbərlər