• cümə axşamı, 18 aprel, 09:42
  • Baku Bakı 12°C

Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə

28.01.20 14:15 1429
Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə
İlham Hәsәn başda olmaqla Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi (AKM) rәhbәrliyi cinayәt tәrkibli әmәllәri ilә Alman dövlәtinә böyük xәyanәt edib.
Trend-in məlumatına görə, bunu Avropada yaşayan jurnalist Yafəz Əkrəmoğlu AKM-in sıravi üzvlәrinə müraciətində deyib.
O, müraciətində bildirir: "Yәqin ki, istintaqa çağırılmısız, yaxud çağırılacaqsınız. Çağırılmamısınızsa, özünüz istintaqa müraciәt edin. Çәkinmәdәn tәşkilatda baş
verәnlәri danışın. Kim nә bilir, nә eşidib, nə görüb onu danışsın, artıq-әskik heç nә yox. Onsuz da AKM rәhbәrliyinin tәşkilatdakı az qala bütün әmәllәri cinayәt tәrkiblidir.
Bilirәm, әksәriyyәtiniz neqativ qәrarlar almısınız, bәzilәriniz hәr saniyә hәyәcan içindә deport olunacağınızı gözlәyirsiniz. AKM sizi aldadıb, arayışlar verib (satıb) deyib ki, qorxmayın, arxanızda durmuşuq, oturum alacaqsınız. Nәyәsә etiraz etmәk istәyәndә isә BAMF-a mәktub yazıb sizi deport elәtdirәcәklәriylә hәdәlәyiblәr".
İstintaqda hәqiqәtlәri danışsalar, AKM qurbanlarını nә gözlәyir?
Y.Əkrəmoğlu vurğulayıb ki, əgər AKM-in sıravi üzvləri hәqiqәti danışsalar, istintaqa yardım etmiş olarlar: "Belә olan halda istintaq üçün vacib şahidә çevrilirsiniz. Vacib şahid olduğunuz üçün isә әn azı istintaqın sonuna qədər heç kim sizi deport etmәyәcәk. Çünki prosedur bunu tәlәb edir, belә bir qanun var. Buna әmin olun. Bu qanunu vәkillәrinizdәn dә dәqiqlәşdirә bilərsiniz. İstintaqsa әn az 1-2 il çәkәcәk. İstintaq davam edәrkәn, deportunuz dayandıqdan sonra növbәti azulluğa (sığınacaq üçün müraciət-red) baş vura bilәrsiniz. Bu dәfә şansınız daha çox olacaq. Niyә?
İlham Hәsәn başda olmaqla AKM rәhbәrliyi cinayәt tәrkibli әmәllәri ilә Alman dövlәtinә böyük xәyanәt edib. İşin içәrisindә elә mәsәlәlәr var ki, heç birinizin xәbәri yoxdur, heç ağlınıza da gәlmәz. Siz AKM-dә indiyә kimi baş verәn hәqiqәtlәri danışmaqla Alman dövlәtinә yaxşılıq etmiş olacaqsız. Bu dövlәt xәyanәti bağışlamadığı kimi, yaxşılığı, sәdaqәti dә qiymәtlәndirmәyi bacarır. Siz dә hәqiqәti danışın, yaxşılığınızı edin, bәhrәsini görәcәksiniz. Unutmayın ki, әgәr AKM-dәn hәr hansı sәnәdi puluyla almısızsa belә, buna görә siz heç bir mәsuliyyәt daşımırsınız. Buna әmin olun! Siz bu mәsәlәdә qurbansınız, zәrәrçәkәnsiniz. Fırıldaqçılar sizi aldadıb pulunuzu әlinizdәn alıblar. Onsuz da neqativ qәrarlar almısız vә itirәcәk heç nәyiniz dә yoxdur".
Almaniyada yaşayan jurnalist əlavə edib ki, kimliyindәn asılı olmayaraq istintaqa hәqiqәti deyәnlәrə, demәk istәyәnlәrə dəstək olacaq: "Heç kimdәn çәkinmәyin, qorxmayın. Cinayәtkarlar artıq izlәnirlәr vә bunu özlәri dә bilir. Ona görә dә artıq tәhdid olunmayacaqsınız. Onlar 5-10 nәfәr hәbsini gözlәyәn cinayәtkardır. Ancaq hәqiqәti danışsanız, sizin arxanızda Almaniya dövlәti duracaq".
Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.
Araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər