AZE | RUS | ENG |

Ümumi sərmayənin 74,7 faizi tikinti-quraşdırma işlərinə yönəldilib

Ümumi sərmayənin 74,7 faizi tikinti-quraşdırma işlərinə yönəldilib
Yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2869,2 milyon manat vəsaitin 1456,2 milyon manatı və ya 50,8 faizi qeyri-neft sektoruna qoyulub. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sərmayənin 74,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 75,8 faizi məhsul istehsalı obyektlərinin, 18,2 faizi xidmət sahələri üzrə obyektlərin, 6,0 faizi isə ümumi sahəsi 383,2 min kvadratmetr olan yaşayış binalarının tikintisinin payına düşüb.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 19,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,6 faiz, digər vəsaitlər isə 0,5 faiz təşkil edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6924
GBP 1 İngilis funt sterlinqi 2.2228
TRY 1 Türk lirəsi 0.3533
KWD 1 Küveyt dinarı 5.6122
SEK 1 İsveç kronu 0.1918
EUR 1 Avro 1.9801
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000