AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müflis olublar, futbolçular və əməkdaşlar qovulur

Müflis olublar, futbolçular və əməkdaşlar qovulur

İdman
20 May 2020, 11:36 295
İspaniyanın "Malaqa” klubu müflis olmaq həddindədir. 
 
Kaspi.az xəbər verir ki, bu barədə klub saytında məlumat verilib. "Malqa” rəhbərliyi futbolçular və əməkdaşları işdən azad etmək məcburiyyətində qalıb. 
 
Məsələ ilə bağlı klubun yaydığı məlumatda bildirilir ki, pandemiya ilə əlaqədar yaranan maliyyə böhranından sonra Sequndada çıxış edən "Malaqa” büdcəni yenidən tənzimləməlidir. 
 
Bəzi futbolçular və əməkdaşlar işdən çıxarılacaq, bəziləri ilə müqaviləyə isə müvəqqəti xitam veriləcək. Bu o deməkdir ki, onların klubla müqavilələri dayandırılacaq və əməkhaqqı dövlət tərəfindən ödəniləcək. 
 
"Malaqa” Sequndada 15-ci pillədə qərarlaşıb.