• cümə, 26 Aprel, 20:36
  • Baku Bakı 22°C

Müəllimlərə əməkhaqqı yeni qayda ilə veriləcək

08.11.13 14:04 1729
Müəllimlərə əməkhaqqı yeni qayda ilə veriləcək
Azərbaycanda attestasiyadan keçəcək ilk peşə ixtisas təhsili müəssisələrinin müəllimləri üçün differensiallaşdırılmış əməkhaqqı formulu tətbiq ediləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk peşə ixtisas təhsili müəssisələrinin attestasiyasına gələn tədris ilindən başlanılması nəzərdə tutulur. Attestasiyadan müvəffəqiyyətlə keçmiş mühəndis-pedaqoji heyət üçün differensiallaşdırılmış əməkhaqqı formulu tətbiq edilə biləcək. Bu da mühəndis-pedaqoji heyət arasında rəqabətin və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.
TN attestasiya nəticəsində peşə təhsili müəssisələri üçün daha peşəkar müəllim bazası yaratmağı planlaşdırır. Bunun əsasında həmin müəllimləri gələcəkdə idarəetmə prosesinə cəlb etmək və onların əməkhaqqısına fərdi yanaşmaq nəzərdə tutulur.
Peşə təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyasının hansı formada keçiriləcəyinə gəldikdə, nazirlikdən bildirilib ki, bu zaman ilk peşə-ixtisas təhsili sisteminin özünəməxsus xüsusiyyəti nəzərə alınacaq.
Həmin xüsusiyyətlərdən asılı olaraq, attestasiya zamanı mühəndis-pedaqoji heyətin nəzəri bilikləri ilə yanaşı, müəyyən formada praktiki bacarıqları da qiymətləndiriləcək. Bununla əlaqədar yaradılacaq mexanizm ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan istehsalat təlimi ustalarına aid ediləcək.
banner

Oxşar Xəbərlər