Müdafiə Nazirliyindən kadr islahatlarına Münasibət

Müdafiə Nazirliyindən kadr islahatlarına Münasibət

Cəmiyyət
29 Oktyabr 2013, 09:53 874
Müdafiə Nazirliyi (MN) nazirlikdə aparılan kadr islahatlarına münasibət bildirib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya bildirib ki, MN-də kadr islahatları aparılır və burda qeyri-adi heç nə yoxdur: “Məsələ bundadır ki, hərbi xidmətdə son yaş həddini keçmiş yüksək və ali rütbəli zabitlər tərxis edilir, bununla yanaşı, uzun illər bir yerdə qərarlaşmış yüksək və ali rütbəli zabitlər rotasiya qaydası ilə dəyişdirilir”.

T. Abdullayev qeyd edib ki, atılan addımlar işin səmərəliliyini artırmağa, eyni zamanda islahatların daha çevik və uğurlu həyata keçməsinə yönəlib: “İstər yerlərdən mərkəzə gətirilən, istərsə də mərkəzdən yerlərə göndərilən hərbi qulluqçular bunu anlayışla qarşılayırlar. Çünki bütün rotasiyalar «Hərbi xidmətkeçmə haqqında əsasnamə» ilə tənzimlənir və ordumuzun güclənməsinə xidmət edir. Bu gün rütbəsindən asılı olmayaraq, bütün şəxsi heyət Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşıya qoyduğu məqsədlərə çatmaq üçün cənab nazirin əmr və tapşırıqlarını yerinə yetirməyə hazırdır”.