• bazar ertəsi, 07 iyul, 04:04
  • Baku Bakı 26°C

Müdafiə Nazirliyi: "Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir"

24.10.20 20:21 591
Müdafiə Nazirliyi: "Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir"

"Ötən müddət ərzində Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüşlər davam edib”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir: "Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.
banner

Oxşar Xəbərlər