AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Muğam dünyamıza səyahət” adlı konsert keçiriləcək

“Muğam dünyamıza səyahət” adlı konsert keçiriləcək

Mədəniyyət
15 Fevral 2020, 15:15 3613
Fevralın 18-də Heydər Əliyev Sarayında "Muğam dünyamıza səyahət” adlı konsert keçiriləcək.
Trend-in məlumatına əsasən, konsertdə Respublikanın Xalq artitsti Gülyanaq Məmmədova və tələbələri Nuranə Tanrıverdiyeva, Rəvanə Vəliyeva, Suma Tapdıqova, Rüstəm Rüstəmzadə, Teymur Əziz, Murad Hacıyev, Həmzə Həsənov, Məlahət Mahmudova, İbrahim Həsənov, Çinarə, Əməkdar müəllim Qəzənfər Abbasov və tələbəri Zülfüqar Mahmudov - Naxçıvanın Əməkdar artisti, Səbinə Ərəbli - Muğam müsabiqəsinin laureatı, Nasir Ətapur - Muğam müsabiqəsinin laureatı, Nüşabə Kərimova - Muğam müsabiqəsinin diplomantı, Asim Abbasov, Əlisəfa Qasımov, Ülviyyə Məmmədzadə - Muğam müsabiqəsinin diplomantı, Fərid Əliyev- Muğam müsabiqəsinin diplomantı, Murad Kəngərli - Muğam müsabiqəsinin diplomantı, Murad Rüstəmzadə - Muğam müsabiqəsinin laureatı, Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova və tələbələri Nurlana Kərimova, Fidan Rəhimova, Sevinc Abidinova, Gülgün Cümazadə, Nurlan Nəsibli, Vəsilə Quliyeva, Telli Əbilova, Aslan Abdullayev, Murad Muradov, İbrahim Həsənov, Nurlan Salahov və başqaları iştirak edəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.