• cümə, 26 Aprel, 16:30
  • Baku Bakı 23°C

“Moody’s” Bakıda “İllik Azərbaycan Sammiti” keçirir

24.05.18 10:10 559
“Moody’s” Bakıda “İllik Azərbaycan Sammiti” keçirir
Bu gün Bakıda "Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən "İllik Azərbaycan Sammiti” keçirilir.
"APA-Economics” xəbər verir ki, sammitdəMDB-nin kredit analitikləri bir araya gələrək Azərbaycanın islahatlar sahəsində irəliləyişi, fərqli kredit profillərinə söykənən əsas amilləri müzakirə edəcək.
Sammit 3 paneldən ibarət olacaq. Birinci paneldə neftin qiymətinin ucuzlaşma ehtimalının uzunmüddətli və qısamüddətli perspektivləri, ikinci paneldə Azərbaycanın bank sektorunun perspektivləri ilə bağlı iqtisadi canlanmanın bank sektorunun bərpasına əsas olması, sonuncu paneldə isə neft sektorunun perspektivləri mövzusu müzakirə ediləcək.
Qeyd edək ki, sammitdə reytinq komitəsinin modelləşdirilməsi mövzusunda da seminar keçiriləcək.
banner

Oxşar Xəbərlər