• cümə, 26 Aprel, 11:52
  • Baku Bakı 12°C

"Moody's" Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir

03.04.19 21:23 504
"Moody's" Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir
"Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə sabit proqnozu dəstəkləyir.
Bunu Trend-ə agentliyin vitse-prezidenti və Azərbaycanın bank sektoru üzrə analitiki Pyotr Paklin deyib.
O bildirib ki, ötən ilin avqustunadək üç il ərzində proqnoz mənfi olub:
"Qiymətin dəyişməsi əməliyyat mühitinin yaxşılaşması, kredit portfellərinin problemli ssudalardan təmizlənməsi ilə bağlı gözləntilər, eləcə də səhmdarların köməyi sayəsində kapitallaşmanın yaxşılaşması və bankların fəaliyyətinin mənfəətliliyinin bərpa olunması əlaqədardır”.
Vitse-prezident qeyd edib ki, agentlik Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanını müsbət qiymətləndirir:
"Bu tədbirlər ev təsərrüfatlarının kredit qabiliyyətliliyini yaxşılaşdırmalı və dövlətin dəstəyi sayəsində bankların balansında problemli fərdi ssudaların həcmini azaltmalıdır”.
banner

Oxşar Xəbərlər