AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib

Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib

Cəmiyyət
14 Dekabr 2019, 17:36 214
Azərbaycan Rus İcmasının V qurultayı keçirilib.
Trend-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, millət vəkilləri Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin müavini Anton Rıbakov, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Azərbaycan və Bakı Yeparxiyasının arxiyepiskopu Vladıka Aleksandr və digərləri iştirak ediblər.
Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin qeyd edib ki, icmanın V qurultayı Azərbaycanda iqtisadi, sosial və siyasi stabillik şəraitində keçirilir.
M.ZabelinRusiya-Azərbaycan münasibətlərinə toxunaraq qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri bu münasibətlərin inkişafına böyük təkan verəcək: "Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Dostluq” mükafatına layiq görülməsi hər iki ölkə arasındakı yüksək dostluq və qarşılıqlı etimada sübutdur”.
Qurultayda İcmanın Respublika Şurasının yeni heyəti və rəhbərliyi seçilib. Eyni zamanda M.Zabelin yekdilliklə növbəti 5 il üçün icmanın sədri seçilib.