• cümə, 26 Aprel, 19:02
  • Baku Bakı 22°C

Milli valyutada əmanətlərin həcmi artmaqda davam edir

07.03.18 17:45 601
Milli valyutada əmanətlərin həcmi artmaqda davam edir
2018-ci ilin yanvar ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7,497 mlrd. manat təşkil edib ki, bunun da 2 mlrd. 529,6 mln. manatı (33,74%) milli valyuta, 4 mlrd. 967,4 mln. manatı (66,26%) isə xarici valyuta ilə yerləşdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2017-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 76,9 mln. manat və ya 74,13% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 327,1 mln. manat və ya 21,1% azalma var.

Bununla yanaşı, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında manatda olan əmanətlərin həcmi 3,3 mln. manat və ya 0,13%, xarici valyutada olan əmanətlərin həcmi isə 60,9 mln. manat və ya 1,21% azalıb.
2017-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk ayında dollar ilə əməliyyatlarda 1,85 dəfə azalma qeydə alınıb. Belə ki, 2017-ci ilin yanvar ayında ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 193 mln. 198 min ABŞ dolları olubsa, 2018-ci ilin yanvarında 358 mln. 154,7 min manat təşkil edib.

Bu ilin yanvar ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 162 mln. 487,3 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 24,65% çoxdur. 2018-ci ilin yanvarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 195 mln. 667,4 min ABŞ dolları alınıb. Bu, 2017-ci il ilə müqayisədə 3,11 dəfə çoxdur.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında banklar tərəfindən dollar alışı 0,39%, dollar satışı isə 24,65% artıb.

Bu ilin yanvar ayı ilə 2017-ci ili müqayisə edəndə məlum olur ki, hesabat dövründə də avro ilə əməliyyatlarda da 2,79 dəfə artım qeydə alınıb. Belə ki, bu ilin yanvar ayında avro ilə mübadilə əməliyyatlarının həcmi 57 mln. 709,7 min ABŞ dolları olubsa, 2017-ci ilin eyni dövründə 20 mln. 718,1 min manat təşkil edib. 2017-ci ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında avro ilə əməliyyatların həcmi isə 39,87% azalıb. Başqa sözlə, ötən ilin dekabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 95 mln. 971,6 min avro olubsa, bu ilin yanvarında bu göstərici 57 mln. 709,7 min avro təşkil edib.

Bu ilin yanvarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 45 mln. 609,4 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,92 dəfə çoxdur. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 12 mln. 100,3 min avro alınıb. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,02 dəfə çoxdur.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən avro alışı 2,39% azalıb, bundan fərqli olaraq avro satışı isə 0,14% artıb.
banner

Oxşar Xəbərlər