• çərşənbə, 08 May, 07:23
  • Baku Bakı 13°C

Meksika universitetlərinin tələbələri Bakıya gələcək

24.05.14 11:37 1312
Meksika universitetlərinin tələbələri Bakıya gələcək
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov Meksikanın 5 şəhəri üzrə 7 universitetinin tələbələri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri ilə səfirlikdə görüş keçirib. Səfirliyin Mətbuat Xidmətindən «Kaspi» qəzetinə verilən məlumata görə, qalibləri təbrik edən səfir tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, daxil və xarici siyasəti və son iqtisadi nailiyyətləri barədə məlumat verərək, iki ölkə arasında qarşılıqlı tanışlıq səfərlərinin Azərbaycan-Meksika münasibətlərinin inkişafında əhəmiyyətini vurğulayıb.
Apardıqları tədqiqatlar zamanı Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olduqlarını qeyd edən tələbələr, ölkəmizə səfər imkanının yaradılmasına görə təşəkkür edərək, Azərbaycanın təbliği və ikitərəfli əlaqələrimizin gələcək inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
Görüşdə, həmçinin ADA Universitetinin təhsil proqramları ilə maraqlanan tələbələrə universitetdə mövcud təhsil imkanları barədə məlumat verilib və tələbələr bu ali məktəbin təhsil proqramlarında iştirak etməyə dəvət ediliblər.
Görüşün sonunda səfir İ. Muxtarov, hazırda Azərbaycana səfəri nəzərdə tutulan tələbələrlə xatirə şəkili çəkdirib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər