• cümə axşamı, 25 aprel, 01:35
  • Baku Bakı 19°C

Mehriban Xanlarova Səidə Sultanı məhkəməyə verir

08.11.13 16:41 2709
Mehriban Xanlarova Səidə Sultanı məhkəməyə verir
Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Səidə Sultan arasındakı qalmaqal səngimək bilmir
Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Ümid var” verilişinə qonaq olan aktrisa Səidəni məhkəməyə verəcəyini bildirib. Buna səbəb isə müğənninin bir neçə gün öncə canlı efirdə əməkdar artisti təhqir etməsi olub.
Xatırladaq ki, qalmaqal S.Sultanın 75 yaşlı nənəsi Əminənin onun haqda dediyi sözlərlə başlayıb. Nənəsinə qarşı çıxan müğənnini Mehriban Xanlarova qınayıb. O, Səidənin ünvanına tənqidi fikirlər söyləyib və ifaçını qınaq obyektinə çevirib.
M.Xanlarovanın açıqlamasına əsəbiləşən Səidə isə ona sərt sözlər deyib:
“Mehriban xanım, Bakı balaca şəhərdi. Hamı hamını yaxşı tanıyır, insanların başqasının quyruğundan xəbəri var. Bunu eşidin və bilin. Bütün Azərbaycan sizi tanıyır. Əgər nənən sənin başına bu oyunu açsaydı, nə edərdin? Hər kəs öz quyruğunu bilsin və nəticə çıxarsın. O qadın məni biabır edib, onu necə qəbul edim? Hadisəyə düzgün yanaşmağı bacarmaq lazımdır. Efir xatirinə rola girmək olmaz. Əgər elə yaxşı insandırsa, Mehriban xanım götürsün onu özü saxlasın”.
banner

Oxşar Xəbərlər