• çərşənbə, 08 May, 15:35
  • Baku Bakı 16°C

Məhərrəmlikdə toyların keçirilməsi yasaqdır - Allahşükür Paşazadə

01.10.14 13:23 1220
Məhərrəmlikdə toyların keçirilməsi yasaqdır - Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik zamanı toy mərasimlərinin keçirilməsinin bütün hallarda yasaq olduğunu bildirib.
APA-nın xəbərinə görə, qurumun internet səhifəsində bununla bağlı vətəndaşlardan göndərilən rəsmi məktuba cavab verilib.
Oktyabrın sonu üçün toy mərasimin keçirilməsinin münasib olub-olmaması ilə bağlı Allahşükür Paşazadəyə ünvanlanan məktuba şeyxülislam belə cavab verib: “Allah sizi və övladınızı xoşbəxt eləsin. Məhərrəm ayının dini matəm ayı olduğunu, eləcə də 25 oktyabr 2014-cü il tarixində artıq matəm ayının başlanacağını nəzərə alaraq toyun tarixinin dəyişdirilməsi məsləhət görülür”.
banner

Oxşar Xəbərlər