• cümə axşamı, 28 mart, 12:23
  • Baku Bakı 16°C

Masallıda növbəti səyyar-görüş olub

15.05.19 16:18 597
Masallıda növbəti səyyar-görüş olub
Masallı rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu keçirilib.
Səyyar-görüş mayın 15-də Bədəlan kəndində keçirilib. Səyyar görüş - qəbulda 150-dən çox kənd sakini iştirak edib. Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.O cümlədən, cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib.
Sonra rayon icra hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlər barədə məlumat və təklifləri dinləyib.
Ərazi sakinlərindən Sevda Babayeva, Həmdulla Məmmədov, Nizam Paşayev, Sabir Əsədov, Gülnarə Novruzova, Akif Abbasov və başqaları çıxış edərək kiçik çay fabrikinin, yanğınsöndürmə məntəqəsinin yaradılmasına, Bədəlan-Çayqıraq kəndlərini ayıran körpünün, məscidin təmirinə kömək göstərilməsi məsələlərini gündəmə gətiriblər.
Rayon icra hakimiyyətinin başçısı görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunub, digərləri isə nəzarətə götürülüb.
banner

Oxşar Xəbərlər