AZE | RUS | ENG |

Makron və Conson “Brexit” məsələsini müzakirə ediblər

Makron və Conson “Brexit” məsələsini müzakirə ediblər
Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson "Brexit” məsələsini müzakirə ediblər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, müzakirələrdən sonra birgə mətbuat konfransı keçirilib. E.Makron ingilis xalqının "Brexit” qərarına hörmətlə yanaşdığını, lakin təəssüflə qarşıladığını dilə gətirib. O, bir ay müddətində həll yolunun tapılmasının vacibliyini vurğulayıb, eyni zamanda, hər hansı razılaşmanın müzakirə predmeti olmadığına da işarə edib.
Boris Conson isə Böyük Britaniyanın oktyabrın 31-də qarşılıqlı razılaşma əsasında və ya razılaşmasız Avropa İttifaqından ayrılmalı olduğunu deyib. O, eyni zamanda, "Brexit”dən sonra Fransa ilə münasibətləri daha da dərinləşdirmək niyyətində olduqlarını bildirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964