• cümə, 19 Aprel, 09:08
  • Baku Bakı 13°C

Konfransın əsas məqsədi İƏT-ə üzv ölkələrin təcrübə mübadiləsi aparmasıdır

09.12.19 10:15 360
Konfransın əsas məqsədi İƏT-ə üzv ölkələrin təcrübə mübadiləsi aparmasıdır
Konfransın keçirilməsində məqsəd İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin hökumət və özəl sektor nümayəndələrini bir araya gətirməklə ölkələrin təcrübə mübadiləsi aparması və müzakirə edilməsinə şərait yaratmaqdır.
Bu sözləriAZƏRTAC-a müsahibəsində İstanbulda keçirilən İƏT-in Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransında təşkilatın Baş katibliyinin ticarət və investisiyalar şöbəsinin müdiri Nağı Cabbarov bildirib.
N.Cabbarov qeyd edib ki, tədbirdə İƏT-ə üzv ölkələrin investisiyaların təşviqi agentliklərinin gücləndirilməsi məsələsi də müzakirə edilir: "Bildiyiniz kimi, bu ölkələrin bir çoxunda investisiyaların təşviqi agentlikləri çox səmərəli fəaliyyət göstərir. Lakin bəzi ölkələrdə bu proses təcrübə baxımından çox zəif inkişaf edir. Bu səbəbdən konfransda daha çox inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək digər dövlətlərin də bu agentliklərinin gücləndirməsi məsələsinə baxılır. Təcrübə mübadiləsinin bölüşülməsi məqsədilə konfransa beynəlxalq təşkilatlar və İslam İnkişaf Bankının korporasiya üzvləri də dəvət olunublar”.
Qeyd edək ki, iki gün dava edəcək konfransda Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
banner

Oxşar Xəbərlər