• cümə axşamı, 28 mart, 19:57
  • Baku Bakı 13°C

Komitə sədri: “Evlərdə Quran kursu yaratmaq olmaz”

24.05.17 14:10 1015
Komitə sədri: “Evlərdə Quran kursu yaratmaq olmaz”
"Evlərdə quran kursu yaratmaq olmaz. Bu, ancaq məscidlərdə ola bilər”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlıdeyib. O bildirib ki, bütün Quran kursları Qafqaz Müsəlmanları İdarəsində qeydiyyata alınmalı və rəsmiləşdirilməlidir: "Bu işlə məşğul olan və özünü axund, imam kimi təqdim edən şəxslər qanun qarşısında cavab verməli olacaq. Heç bir səlahiyyəti və təyinatı olmayanlar Quran kursu adı altında gəncləri radikal qrupların təsiri altına sala bilər. Nəyin bahasına olursa olsun, kənardan ümumi islami dəyərlərə xələl gətirən və zərbə vuran cərəyanların Azərbaycana ayaq açmağına yol verməməliyik”.
banner

Oxşar Xəbərlər