AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Komitə: Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur

Komitə: Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur

Cəmiyyət
14 Dekabr 2018, 20:43 544
Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirədə Komitə sədrinin birinci müavini Səyyad Salahlı deyib.
Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır.

Ölkə rəhbərliyinin mənəvi dəyərlərimizə diqqət və qayğısından da danışan S.Salahlı Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyini qeyd edib.
Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan natiq dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər.
Komitə rəsmisi eyni zamanda, İslam dininin sülh, mərhəmət və həmrəylik dini kimi milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.