AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kolleclərin boş qalan plan yerləri üzrə 2.051 abituriyent ixtisas seçib

Kolleclərin boş qalan plan yerləri üzrə 2.051 abituriyent ixtisas seçib

Cəmiyyət
03 Sentyabr 2018, 17:01 470
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə internet vasitəsilə ixtisas seçimi aparır.
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-ü saat 16:00-a olan məlumata əsasən, 2.051 abituriyent ixtisas seçib. Onlardan 2.041-i Azərbaycan, 10-u isə rus bölmələrində təhsil alacaq gənclərdir.
İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı isə 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) qazandıqları nəticələr əsasında iştirak edirlər.
İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak hüququ yoxdur. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 linkindəki "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.