• cümə, 19 Aprel, 20:26
  • Baku Bakı 24°C

Kino təbliğat vasitəsi kimi

13.11.19 16:15 1002
Kino təbliğat vasitəsi kimi
Əvvəlki münaqişələrdə baş verən hadisələrdən fərqli olaraq, İkinci Dünya müharibəsində yeni və güclü bir silah peyda oldu. Bu, kino idi. Hərəkətdə olan təsvirlər mərmi və güllələr kimi düşməni məhv edə bilməsə də, bu silah arxa cəbhədə düşmənin yaratdığı özbaşınalığı ifşa etməsi ilə insanların ictimai şüuruna özünün güclü təsirini göstərirdi. Beləliklə, həmin dövrdə kino bir çox həyati məsələlərdə əsl təbliğat vasitəsinə çevrildi. Bu təbliğat üsulundan ilk dəfə istifadə edənlər məhz almanlar oldu. Onlar tərəddüd etmədən, insanların beynində açıqcasına milli sosialist düşüncələri tənqid edən toxumlar səpirdi. Fərqi yoxdur, bu insanlar istər rus, yəhudi, istərsə də ingilis olsun, təki səpdikləri toxum onların qəlbində, şüurunda cücərsin, kök atsın.
Kino həvəskarı olan Hitler böyük bir kameraman qrupuna Avropada alman qoşunlarının uğurunu lentə almağı tapşırmışdı. Bu kadrlar nəinki Almaniyada, eyni zamanda Avropanın işğal olunmuş şəhərlərində də kütləvi şəkildə nümayiş etdirilirdi.
İtaliyada faşist rejimi də sənədli filmlərdən öz məqsədləri üçün istifadə etməyə başlamışdı. Roberto Rosselininin "Xaç adamı”, Qodoffredo Alessandrininin "Yaşadıqlarımız” kimi ekran əsərlərində düşmənə açıq-aşkar hədə dolu ismarıclar göndərilirdi. Bu ideoloji silahdan istifadə edən sovet kinosu da eyni addımları atmağa başlamışdı. "O qadın vətənini qoruyur”, "Torpağımız naminə” və yaxud "Berlinin süqutu” kimi filmlər buna ən yaxşı misaldır.
Artıq bu istiqamətdə Böyük Britaniyada da həyəcan təbili çalındı. O dövrdə ingilislər "İşğalçı”, "Qan, tər və göz yaşları” filmlərini çəkmişdilər. Ancaq heç bir ölkə Hollivud qədər siyasi məqsədlərini həyata keçirməkdə ən kəsərli, güclü silah olan kinonun təbliğatı vasitələrindən yararlana bilmirdi. Müharibəyə qoşulmazdan əvvəl ABŞ-ın böyük kinostudiyaları öz filmlərində müttəfiq ölkələrə bəslədikləri simpatiyalarını əyani olaraq təsvir və tərənnümlə göstərir, bununla həm də onlara apardıqları siyasi savaşda dəstək olduqlarını nümayiş etdirirdilər. Çünki, bu studiyalarda çalışan rejissorların əksəriyyəti Avropa mənşəli idilər.
Yaponların Perl Harbora (Pearl Harbour) hücumundan sonra Birləşmiş Ştatlar müharibəyə cəlb olundu. Bu zaman amerikanlar kinematoqrafiya strategiyasını da dəyişdilər. Tezliklə ön cəbhədə kütləvi şəkildə filmlər çəkilməyə başlandı. Hollivudun məşhurları sayılan Con Ford, Vilyam Vayler, Anatole Litvak, Con Hyuston, Frank Kapraya şimali amerikalıların müharibəyə cəlb olunma səbəblərini öz vətəndaşlarına izah etmək tapşırığı verildi. Bu rejissorların sırasında Frank Kapra daha çox uğur qazandı. O, Müdafiə Departamentinin cavabdeh şəxsi təyin olundu. O dövrdə "Nə üçün döyüşürük” sənədli filmi daha çox tanınaraq şöhrət qazandı.
Ancaq cəbhə xəttində çəkilənlərdən fərqli olaraq, Hollivudda istehsal olunan filmlər tam başqa idi. Kinostudiyalar döyüşdə həlak olmuş əsgərlərin qəhrəmanlığını önə çəkmək və ümumilikdə şimali amerikalı əsgərlərin döyüşlərdə qələbə əzmini coşdurmaq məqsədilə çəkiliş heyətinə filmləri mövzu etibarı ilə kateqoriyalara bölmək tapşırığını verdilər. Bu zaman döyüş filmlərinin istehsalı qar uçqunlarının yaratdığı təlaşlar, sürətli axınlar kimi hər tərəfi bürüdü. Bunun ən bariz nümunələrindən olan "Oyaq ada”, "Səmada görüş”, "Quadalkanal” və digər filmlər çəkildi. Demək olar ki, bütün janrlarda çəkilən filmlərdə müharibə mövzusuna toxunurdular. Bəzi rejissorlar bundan istifadə edib möhtəşəm ekran əsərləri çəkməyə nail olmuşdular.
Vilyam Vayler özünün "Xanım Miniver” ekran əsərində müharibə xəttini böyük ustalıqla melodrama ilə sintez etdiyindən böyük uğur qazanmışdı. Sonradan Con Kromvell bu ideyanı davam etdirərək "Sən gedən gündən” filmini çəkdi. Ernst Lubitçu isə bu yaradıcılıq işində daha uzağa getdi. "Olmaq və ya olmamaq” filmində nasizmi tənqid motivində komediya çəkdi. Burda mütləq halda onu da qeyd etməliyik ki, Hollivud nə qədər əsgərlərə dəstək olmağa çalışsa da, sonradan anladı ki, kinonun yalnız müharibədən bəhs etməsi, onu irəliyə, böyük uğura apara bilməyəcək. Məhz bu səbəbdən çox keçmədi ki, musiqili komediyalar dəbə düşdü.
banner

Oxşar Xəbərlər