AZE | RUS | ENG |

Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır

Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ADAU-nun əsas binasında keçirilən görüşdə çıxış edən nazir Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutduğunu və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirlərinin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, görülən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edib.
Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən İnam Kərimov bildirib: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Məhz bu baxımdan zəngin tarixə və ənənələrə malik, yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri ilə seçilir. Son illərdə dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı sayəsində ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa edilib. Bütün bunlar universitetdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb”.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb. Rektor bildirib ki, ADAU-da təhsilin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün dünyanın bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir, təcrübə mübadiləsi aparılır, tələbələr mübadilə proqramları çərçivəsində xarici universitetlərə göndərilir.
Çıxış edən tələbələr beynəlxalq təcrübə proqramlarında iştirakın, könüllülük fəaliyyətinin genişləndirilməsi, ADAU-nun tələbələrinin yerli şirkətlərdə təcrübə keçmələri və s. kimi təkliflər irəli sürüblər.
Görüşdən sonra nazir İnam Kərimov ADAU-nun mühəndislik korpusunda fəaliyyət göstərən İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. ADAU-nun tələbələri hazırladıqları startap layihələri ilə bağlı təqdimatlar ediblər.
Daha sonra İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatı ilə tanış olub. Təsərrüfatda görülən işlər, tələbələrin təcrübi biliklər əldə etməsi üçün yaradılan şərait barədə nazirə məlumat verilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892