• şənbə, 27 Aprel, 05:14
  • Baku Bakı 14°C

Kənd bələdiyyələrinin ekoloji maarifləndirilməsi davam edir

19.05.14 14:16 1047
Kənd bələdiyyələrinin ekoloji maarifləndirilməsi davam edir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən «Ətraf mühitin yaxşılaşdırılması üçün yerli bələdiyyələrlə maarifləndirmə işlərinin aparılması» mövzusunda layihənin icrası davam etdirilir. İctiami Birlikdən verilən məlıumatda qeyd olunur ki, aprelin əvvəlindən icrasına başlanılan layihə əsasən ölkəmizin meşə fondunun mühafizəsinə yönəlib.
Layihə Azərbaycanın cənub bölgəsində- Lənkəran rayonun 20-dən artıq dağ kəndini əhatə edən bələdiyyələrin ərazisində həyata keçirilir. Bu qəbildən olan növbəti tədbirlər Lənkəranın ucqar bələdiyyələrində -Hirkan Milli Parkının ərazisinə daxil olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Türkəncil kəndi, eləcə də Talış dağlarının ətəyində yerləşən Haftonu və Şilavar kənd bələdiyyələrində keçirilib. Tədbirlərdə çıxış edən natiqlər respublikamızın meşə fondunun mühafizəsində bələdiyyələrin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd ediblər.
Bildirilib ki, rayonun ucqar kəndləriə “mavi yanacağın” verilməməsi səbəbindən uzun illər ərzində yerli əhali öz istilik tələbatını ödəmək məqsədilə meşələrə üz tutub, fərqinə varmadan rastına çıxan ilk ağacı kəsməkdən belə çəkinməyib. Halbuki, Lənkəran rayonu ərazisindəki meşələrdə adı ölkəmizin «Qırmızı Kitabı»na düşmüş nadir ağac növləri bitir.Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdurlar. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılırlar. Lənkəranda meşələrində həmçinin çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət müzeyləridir. Lakin , təəssüflər olsun ki, yerli sakinlər tərəfindən meşələrin kortəbii surətdə qırılması həmin ağacların nəslinin kəsilməsi ilə nəticələnə bilər. Odur ki, vətəndaşlar əllərinə balta alıb meşələrə üz tutduqları zaman diqqətlə düşünməli, yalnız yararsız, qoca, artıq çürüyüb məhv olmaqda olan ağacları kəsməlidirlər. Bununla belə , hər kəsilən ağacın yerində yeni ağac tinglərini basdırmağı da unutmamalıdırlar. Çıxışlarda həmçinin, ətraf meşə ərazilərinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq məqsədilə kənd bələdiyyələrinin lazımı inventarlar və zibildaşıyan maşınlarla təmin edilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, yay mövsümünün başlanması ilə əlaqadar vətəndaşların həftəsonları meşələrə üz tutmaları aktivləşıb. Turistlər, eləcə də, yerli sakinlər istirahətlərini başa vuduqdan sonra tullantıları elə oradaca qoyaraq, meşəni tərk edirlər. Bəzən isə qaladıqları ocaqları belə tam sondürməyi unudurlar. Bu isə meşə yanğınlarına səbəb olur. Xüsusi olaraq o da vurğulanıb ki, Tanrının bizə bəxş etdiyi meşələrimiz insan həyatı üçün ən önəmli komponent olan oksigeni istehsal edən nəhəng «təbii müəsisə»dir.Və bu müəssisənin fəaliyyətinin davamlı olması üçün hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Xatırladaq ki, bundan əvvəl, analoji tədbir Lənkəranın rayon mərkəzindən 30 km məsafədə yerləşən Günəhir, Biləsər və İstisu bələdiyyələrində keçirilib.İB-dən verilən məlumatda qeyd olunur ki, layihə çərçivəsində rayonun digər kənd bələdiyyələrində də analoji seminarların keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər