«Məktəbdən
ayrılırıq. Əlvida, əziz məktəb!» "Kaspi” liseylərinin məzunlarının dilindən
səslənən bu sözlər Musiqili Komediya Teatrında məktəbi bitirən gənclərlə görüşə
gələn qonaqlara kövrək olduğu qədər də qürurlu anlar yaşatdı. «Bu gün məzun
oluruq. Liseyimizlə vidalaşırıq» - deyə gənclərin şövqlə oxuduqları mahnı
dalğa-dalğa ətrafa yayıldı...
«Kaspi»
Liseyi Ağ şəhər filialının birinci, Bakıxanov filialı isə 4-cü buraxılış
məzunlarını kövrək nəğmələrin, şux rəqslərin, şagirdlərin ifasında maraqlı
təqdimatların, ən əsası, müəllim və rəhbər heyətin xeyir-duası ilə yola saldı.
Təhsil aldıqları liseyin fəaliyyətindən və uğurlarından bəhs edən videoçarx isə
məzunların gələcək təhsillərində uğur qazanmalarının təsdiqinə çevrildi.
Təhsilimizin inkişafına töhfə
vermək
Milli-bəşəridəyərləri
özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil
vermək məqsədilə yaradılan orta məktəbdə şagirdlərin bacarıq və qabiliyyətlərinin
formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının
üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli
şərait yaradılıb. "Kaspi" Liseyində intellektual,özünə inanan,
yaradıcı vəcəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün
xüsusitəlim-təhsil mühiti mövcuddur.Belə bir mühit və
zənginləşdirilmiş təhsil proqramları şagirdlərin yaradıcı və tənqidi
təfəkkürünün formalaşmasına, nəticədə isə cəmiyyətdə özünə mövqe tuta biləcək
müstəqil şəxsiyyətlərin yetişdirilməsinə zəmin yaratmış olur.
Məktəb beynəlxalq
təhsil proqramları və təcrübələrdən yararlanaraq,dövlət standartlarına
əsaslanantədris planı və müvafiq tədris prosesini təşkil edir. Müasir
maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs
otaqları,fizika, kimya, biologiya laboratoriyaları, kompyuter
otaqları,zəngin kitabxana,yeməkxana, tibb otağı və müasir idman
zalı fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələr ilə təmin edilmişdir
ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.
Liseydə bir sıra
xarici universitetlərin təqdimatı da həyata keçirilir. Bu da gələcəkdə xaricdə
təhsil almaq istiqamətində şagirdlərin maariflənməsi, həmin universitetlər
haqqında doğru və düzgün məlumat alması məqsədini daşıyır. "Kaspi” liseylərində
şagirdlərin xüsusi istedadının üzə çıxması və inkişaf etməsi məqsədilə
vətənpərvərlik, milli dəyərlərə, böyüklərə hörmət və kiçiklərə qayğı, ətraf
mühitin qorunması istiqamətində müxtəlif tədbirlər də təşkil olunur. Bu
fəaliyyətlər əsasən musiqi, rəsm, heykəltəraşlıq, parlaq zəka, bacarıqlı əllər
kimi dərnəklərdə həyata keçirilir. Həmin dərnəklərdə müxtəlif bacarıqlara
yiyələnən şagirdlərin işləri lisey tərəfindən təşkil olunan sərgilərdə nümayiş
olunur. Sevindirici haldır ki, indiyə qədər liseyin təşkil etdiyi bütün
sərgilər xeyriyyə məqsədi daşıyıb. Sərgilərdən əldə olunan vəsaitlər qocalar və
uşaq evlərinə ianə edilib. Liseyin dərnəklərində aparılan uğurlu işin bariz
nümunəsi kimi 2017-2018-ci illərdə ABŞ-ın Nyu-York şəhərində keçirilən CENİUS
layihə olimpiadasında məktəbin iki şagirdinin rəsm əsəri qızıl medala layiq
görülüb.
Liseydə uğurlu
şəxsiyyətlərin həyat təcrübələrini şagirdlərlə paylaşmaq üçün həyata keçirilən
milli yaddaş layihəsi isə xüsusilə təqdirəlayiqdir. Bu tədbir çərçivəsində
Azərbaycanın görkəmli şəxsiyyətləri – yazıçılar, şairlər, ictimai xadimlər
liseyə dəvət olunur, öz həyat təcrübələri haqqında danışır və şagirdlərin
suallarına cavab verirlər. «Sağlam bədəndə sağlam ruh olar» prinsipini üstün
tutan "Kaspi” liseylərində uşaqların bədən tərbiyəsinə, idman yarışlarında
iştirakına və onların fiziki olaraq sağlam inkişafına xüsusi diqqət ayrılır.
Gimnastika, cüdo, futbol, voleybol, basketbol, şahmat, tennis kimi idman
növlərinin müvafiq idman dərəcələri olan müəllimlər tərəfindən tədris
olunmasının həyata keçirilməsi bu sahəyə olan diqqəti artırır. Növbəti uğurlu
bir layihə kimi «Kaspi» musiqi və incəsənət məktəbinin fəaliyyəti də qeyd
edilməlidir. Liseyin nəzdində təşkil olunan bu məktəbin əsas məqsədi
şagirdlərin musiqi zövqlərini formalaşdırmaq, estetik inkişaflarını təmin
etmək, müxtəlif incəsənət sahələrində istedadı olan uşaqları aşkar edərək
onlara peşəkar təhsil vermək və ən əsası, bütün bunları liseyin öz binasında
həyata keçirməkdir. İki ildir yaranmasına baxmayaraq, bu məktəbin yetirmələri
bir neçə irimiqyaslı tədbir təşkil etməyi bacarıblar.
"Mükəmməl milli təhsil
amalımızdır»
Məzunları təbrik
edən «Kaspi» Təhsil Şirkətinin təsisçisi
Sona Vəliyeva hər bir fərdin şəxsiyyət və layiqli vətəndaş kimi
formalaşmasında, onun cəmiyyətdə mövqe tutmasında valideynlərlə birgə məktəbin
də müstəsna rolu olduğunu qeyd etdi: "Dahi öndər Heydər Əliyev dünyanın ən
böyük siyasətçiləri sırasında tutduğu yerə görə müəllimlərini xatırlayır və
oxuduğu məktəbə çox təvazökarcasına minnətdarlıq edirdi. Bizim müqəddəs bir
işlə məşğul olmağımızda bu fikirlər böyük stimul yaradır. "Kaspi”
liseyi olaraq məqsədimiz, ulu öndərin təbirincə desək, millətin gələcəyi olan
təhsilimizin inkişafına az da olsa töhfə vermək, ölkəmizdə sağlam rəqabət
mühitini formalaşdırmaq, xarici ölkələrdə olan həmyaşıdları ilə yarışa bilən,
savadlı və uğurlu, milli dəyərlərə sadiq nəslin yetişməsində pay sahibi
olmaqdır. Eyni zamanda ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam
etdirən ölkə prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi işlərə dəstək
olmaqdır. İnanırıq ki, «Kaspi» liseylərinin məzunları bir neçə ildən sonra
təhsil aldıqları ali məktəbləri bitirərək bütün sahələr üzrə qazandıqları
uğurları ilə tanınacaq və vətənimizə sədaqətlə xidmət edəcəklər”.
Təsisçi
bildirdi ki, 2014-cü ildə «Kaspi» liseyləri açılanda, öz fəaliyyətini «Kaspi»
Təhsil Şirkətinin üzərində qurub və "Mükəmməl milli təhsil amalımızdır» devizi
ilə fəaliyyətə başlayıb: "Bizə qədər təhsil sektorunda özəl məktəblər var idi.
Onlar beynəlxalq dillərdə fəaliyyət göstərirdi. Biz təsdiq etməyə çalışdıq ki,
milli təhsil proqramı ilə fəaliyyət göstərmək olar. Yetər ki, burada dünyanın
mütərəqqi təhsil metodlarını tapmaq, araşdırmaq və Azərbaycan mühitində olan
milli məktəbə tətbiq etmək mümkün olsun. Bunlar dünya təhsil sistemində
təsdiqini tapmış innovativ metodlardır. Biz Kembric proqramını Azərbaycana
gətirdik. Hər bir azərbaycanlı ailəsi üçün vacib, milli dəyərlərə, dövlətçiliyə
sadiq, vətənini, millətini sevən şəxsiyyət, Azərbaycanın gələcək qurucularını
yetişdirmək üçün fəaliyyətə başladıq. Düşünürəm ki, bu sahədə müəyyən
nailiyyətlərə gəlib çata bildik”.
Cəmi
5 ildir ki, məktəb kimi fəaliyyət göstərdiklərini deyən, təsisçi təhsil şirkəti
olaraq 15 ildir fəaliyyətdə olduqlarını bildirdi: "Bu 5 ilin fəaliyyətində 4-cü
məzunlarımızı yola salırıq. Onların hər biri 100 faizlik qəbul nəticələri
göstəriblər. Siz bu uğurun arxasında hansı zəhmətin və nizam-intizamın
dayandığının yəqin ki, fərqindəsiniz. Bu 3 il ərzində biz məzunların
buraxılışında 100 faizlik qəbul nəticələri əldə etmişik. Ən sevindirici nəticə
odur ki, birinci il Kembric proqramı ilə 9, ikinci il 11, bu il isə 20 nəfər
xaricdə təhsil alacaq. Kosmos mühəndisliyi, tibb, beynəlxalq iqtisadiyyatın
planlaşdırılması və s. ixtisaslarını seçən məzunlar ABŞ, İngiltərə, Almaniya,
Rumıniya və s. ölkələrin nüfuzlu universitetlərində təhsil alacaqlar”.
S.Vəliyeva
lisey şagirdlərinin dünya və ölkə olimpiadalarında qazandığı nailiyyətlərə də
toxunaraq bu istiqamətdə çoxlu uğurlar əldə etdiklərini vurğuladı: "O cümlədən,
şagirdlər Təhsil Nazirliyinin keçirdiyi «Sabahın alimləri» müsabiqələrində
medallar qazanıblar. Biz milli məktəb olaraq həm də mükəmməl təhsil məqsədilə
fəaliyyətə başlamışıq. Qloballaşan dünyada şagirdlərimizin milli ruhda tərbiyə
alması, vətənlərini sevməsi isə hər bir məktəbin əsas məqsədi olmalıdır”.
S.Vəliyeva
qeyd etdi ki, liseydə fəaliyyətinə iki il öncə başlanılan Kaspi uşaq – Kaspi
KİDS və "Məktəbəqədər hazırlıq” artıq bu ildən Kaspi Beynəlxalq Məktəbi adı ilə
fəaliyyətə başlayacaq: "Bu da bizim inkişafımızın bir qoludur. Biz təkcə yüksək
təhsil verməklə, elmləri öyrətməklə kifayətlənmirik. Eyni zamanda, uşaqların
estetik zövqünün formalaşması, onların bilik və bacarıqları ilə birgə
istedadlarının üzə çıxarılması üçün tədbirlər həyata keçiririk. Artıq iki ildir
ki, məktəbin nəzdində incəsənət məktəbi fəaliyyət göstərir. Biz, həmçinin bu
nəslin fiziki sağlamlığının qayğısına qalır, yaş qrupları üzrə fiziki hazırlığı
həyata keçiririk. Biz böyük bir müəllim ordusu ilə hər bir ailənin arzuladığı
övladın, hər bir cəmiyyətin arzuladığı soydaşın, hər bir dövlətin arzuladığı
vətəndaşın yetişdirilməsinə çalışırıq. Zaman vardı, deyirdilər ki, bu
funksiyanı məktəb yerinə yetirə bilməz. Ancaq biz sübut etməyə çalışırıq ki,
bilikli, savadlı, yaşıdları ilə rəqabət apara biləcək və hətta bu rəqəbətdə bir
addım öndə duracaq yeni bir nəslin yetişməsinə nail olmaq mümkündür. Bu
məqsədlə də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Özəl təhsil sektorunda bizə
inanan, etimad göstərən dövlətimizə, Təhsil Nazirliyinə, üzümüzü valideyn
yanında ağ edən məktəb kollektivinə öz təşəkkürümü bildirirəm!»
Tədbirdə məzunlar tərəfindən
hazırlanmış «Müdrik insan», «Ümid yolu» kimi səhnələr, Əməkdar artist Lalə Məmmədovanın "Məktəb
illəri” və "Son zəng” mahnıları təkcə səhnəyə dəvət olunan məzunlara deyil,
zalda oturanlara da həzin anlar yaşatdı. Heç şübhəsiz, gənclər üçün çalınan "Son
zəng”, onların sabahkı zəfərlərinin sədasıdır. Bu yolun sonunda onlar üçün bir
işıq var. Onlar bu işığa tapınıb, gələcəyə doğru gedirlər...
Uğur olsun!