• cümə, 26 Aprel, 05:11
  • Baku Bakı 16°C

Jurnalistlərə dəyər verilən layihə

29.06.15 15:05 2201
Jurnalistlərə dəyər verilən layihə
Azərbaycanda ilk dəfə "Jurnalistlərə dəyər verək” layihəsi həyata keçirilib. Belə ki, Todaysbaku.az saytının rəhbəri Vüqar Ağamalıoğlunun təşəbbüsü və Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə media nümayəndələri üçün bir günlük istirahət və media-tur təşkil edilib. Layihə çərçivəsində Qusar rayonuna yollanan 30 jurnalist Şahdağ Turizm Mərkəzinə aid Zirvə hotelinin yay turizm imkanları ilə tanış olub. Mərkəz haqda geniş məlumat verən direktor müavini Rüstəm Nəcəfov deyib ki, əsas məqsəd buranın təkcə qışda deyil, yayda da seçilməli məkan olduğunu nümayiş etdirməkdir: “İnsanlarda elə fikir formalaşıb ki, burada yalnız qışda istirahət etmək olar. Amma gördüyünüz kimi, elə deyil və yay istirahəti üçün də müxtəlif imkanlar yaradılıb. Məsələn, bu mövsüm üçün 14 fərqli əyləncə növü var – “Zip-layn”, “Peyntbol”, “Dəyənəklərlə gəzinti”, “Səmtləşmə”, Bobkart”, “Trotinettlər”, “Dağ velosipedi”, “Macəra parkı”, “Hava ilə doldurulmuş qəsr”, “Uşaq və böyüklər üçün kvadrosikllər” və s. sizin xidmətinizdədir. Biz hətta qiymətləri də yarıbayarı endirmişik. Hədəfimiz insanların istirahətini mükəmməl təşkil etməkdir”.
Layihə rəhbəri Vüqar Ağamalıoğlu müəllifi olduğu “Jurnalistlərə dəyər verək” layihəsi barədə danışaraq məqsədinin media nümayəndələrinin istirahətinin təşkil edilməsi olduğunu bildirib: “Jurnalistlər bəlkə də, cəmiyyətin ən çox çalışan şəxsləridir. Onlar müxtəlif çətinliklərə, hava şəraitinə və s. baxmayaraq, hər zaman ictimaiyyəti informasiya ilə təmin edirlər. Ona görə istədim ki, media nümayəndələrinin istirahətini təşkil edib onlara öz diqqətimizi göstərək. Düzdür, layihə media-tur hesab olunur. Amma yaradılan şəraitə diqqət etsəniz, əsas hədəfin jurnalistlər üçün xoş gün təşkil edilməsi olduğunu görəcəksiniz. Nəzərinizə çatdırım ki, layihəmiz bu səfərlə yekunlaşmayacaq. Növbəti hədəf Türkiyə, daha sonra isə ABŞ-dır”.

banner

Oxşar Xəbərlər