AZE | RUS | ENG |


"JICA" Azərbaycandakı layihələrə təxminən 1 milyard dollar ayırıb

Əməkdaşlığın əvvəlindən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Azərbaycandakı layihələrə 900 milyon dollar məbləğində kredit ayırıb. Bu barədə Trend-ə agentlikdən bildiriblər.

Agentlikdə qeyd ediblər ki, bu vəsait dörd layihənin maliyyələşdirilməsinə yönəldilib: "Eyni zamanda kreditlərdən əlavə, JICA, 1993-cü ildən 64 milyon dollar məbləğində qrant ayırıb. Bu vəsaitlər kənd təsərrüfatı, səhiyyə, energetika, irriqasiya və yol inzibatçılığı sahəsindəki layihələrə yönəldilib".

Bundan əlavə, "JICA" nümayəndələri Yaponiyada Azərbaycan hökumətinin 600-dən çox işçisi üçün təlimlər keçirib: "Yaponiya beynəlxalq əməkdaşlıq agentliyi inanır ki, insan resurslarının inkişafı Azərbaycanda iqtisadiyyatın dəstəklənməsi və sosial artım üçün əsas amilidir. Bu məqsədlə "JICA" Azərbaycana öz ekspertlərini göndərirdi və Azərbaycandan olan stajçılara Yaponiya hökümətinin malik olduğu təcrübə və bilikləri çatdırmaq üçün təcrübə keçməyə qəbul edirdi".

"JICA" Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərməyə başlayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN