İtaliyada Ceyms Bond haqqında yeni film çəkiləcək

İtaliyada Ceyms Bond haqqında yeni film çəkiləcək

Mədəniyyət
10 İyul 2019, 09:00 1369
Bu yay İtaliyanın Apuliya regionunda yerləşən Bari şəhəri yaxınlığındakı Qravina-di-Pulya bölgəsində Ceyms Bondun macəraları haqqında filmin çəkilişlərinə başlanılacaq.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, "Ceyn Eyr” və "Əsl dedektiv” filmlərinin rejissoru Keri Fukunaqa avqust və sentyabr aylarında baş rolda məşhur "Agent 007”nin aktyoru Deniel Kreyqin iştirakı ilə hələlik mətbuata adı məlum olmayan filmin çəkilişini həyata keçirəcək. Qravina-di-Pulyanın meri Alessio Valente deyib: "Bu yaxınlarda Sercio Rubini, Matteo Qarrone və Çekko Zalonenin son filmlərinin nümayişindən sonra Ceyms Bond bizim görüşümüzə gələcək və bu misilsiz imkan üçün biz bir neçə ay ərzində çalışmışıq”. Filmin çəkilişində Rami Malek, Naomi Harris, Lea Seydu və Ben Uişou kimi aktyorların yer alacağı bildirilir. Qeyd edilir ki, Deniel Kreyq artıq 5-ci dəfə filmdə Ceyms Bond rolunda çəkiləcək.