AZE | RUS | ENG |

İtaliya KİV: Bakı limanının illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona çatacaq

İtaliya KİV: Bakı limanının illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona çatacaq
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yanvarın 9-da Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı İtaliya mətbuatında geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, İtaliyanın "Trend Online”, "Milano Finanza”, "Oggi Treviso”, "Treviso Today”, "Fta Online”, "İrepi”, "Agenzia Nova” və digər kütləvi informasiya vasitələri tərəfindən yayılmış məqalələrdə yeni terminalın əhəmiyyəti, yük qəbul etmə qabiliyyəti və texniki göstəriciləri haqqında məlumat verilir. Həmçinin, terminalda logistik əməliyyatların idarə edilməsində İtaliyanın "DBA Group” şirkətinin iştirakından bəhs edilir.

Məqalələrdə yeni terminalın ildə 2 milyon ton yük və ya 60 min yük maşını qəbul etmək imkanına malik olduğu bildirilir. Qeyd olunur ki, terminalda bütün logistik əməliyyatların idarə edilməsi "DBA Group” tərəfindən yaradılmış Port-Line proqram təminatı vasitəsilə həyata keçirilir və Port-Line Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yüklərin maneəsiz daşınmasının asanlaşdırılması məqsədilə prosesin tam avtomatlaşdırılmasını nəzərdə tutur.

Yazılarda həmçinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikilməkdə olan yeni sərnişin terminalının əhəmiyyətindən söz açılır. Bildirilir ki, terminalın Xəzər dənizində yerləşən limanlardan gələn və həmin limanlara qayıdan bütün sərnişin və yüklərin daşınmasına xidmət etməsi nəzərdə tutulur.

Məqalələrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının azad ticarət zonası olduğu və bununla istehsalçılar üçün İpək Yolu boyunca müasir təchizat zəncirinin mərkəzi rolunu oynayacağı bildirilir.

Limanda tətbiq olunan müasir sistem sayəsində Avrasiya ölkələrini vahid "logistik pəncərə” vasitəsilə birləşdirməyin mümkün olacağı, o cümlədən yüksək dəyərə malik yeni xidmətlərin yaradılacağı, onların da öz növbəsində yeni bazarlar yaradacağı qeyd olunur. Limanın ikinci fazasının tam inşasından sonra isə illik yük qəbuletmə qabiliyyətinin 25 milyon tona çatacağı vurğulanır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.2545
TRY 1 Türk lirəsi 0.3654
KWD 1 Küveyt dinarı 5.6216
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.9810
CHF 1 İsveçrə frankı 1.7216
USD 1 ABŞ dolları 1.7000