• çərşənbə axşamı, 19 mart, 15:37
  • Baku Bakı 8°C

İsveçi iqtisadi tənəzzül gözləyir

23.08.19 20:45 5910
İsveçi iqtisadi tənəzzül gözləyir
İsveç iqtisadi tənəzzül ilə qarşılaşmağa yaxşı hazırlaşıb.
Ölkənin Maliyyə naziri Maqdalena Andersson hökumətin müzakirələrində Maliyyə Nazirliyinin son iqtisadi proqnozunu təqdim edib.
AZƏRTACİsveç hökumətinin xüsusi məlumatına istinadla xəbər verir ki, sənəddə krallıqdakı iqtisadi tənəzzül proqnozlaşdırılır.
"Biz neçə vaxtdır iqtisadi inkişafın azalmasını gözləməyimiz barədə danışırdıq. İndi daha aydındır ki, biz bu mərhələyə qədəm qoyuruq, risklər artıb. Eyni zamanda, resurslardan istifadə adi haldan yuxarı səviyyədə qalmaqdadır, son bir neçə il ərzində bizim apardığımız məsul vergi-büdcə siyasəti bu azalmanı aradan qaldırmaq üçün imkanlar yaradıb. İsveç yaxşı təchiz edilib”, - deyə Maqdalena Andersson bəyan edib.
Ümumilikdə, İsveçdə iqtisadi vəziyyət son illərdə yaxşılaşıb. İsveç iqtisadiyyatında resurslardan istifadə hazırda normanın ötməsi kimi dəyərləndirilir. Yəni İsveç iqtisadiyyatı hələ də özünün uzunmüddətli imkanlarından daha çox istehsal edir. Bununla yanaşı, iqtisadiyyat 2019-cu ilin birinci yarısında zəifləyib.
Qlobal iqtisadi tənəzzül hazırda İsveçə daha aşkar təsir göstərir. Dünyada baş verən hadisələr səbəbindən daha zəif qlobal artım riski yay ərzində çoxalıb. ABŞ və Çin arasında ticarət münaqişəsi sərtləşib və Böyük Britaniyanın Avropa İttifaqı tərkibindən sazişsiz çıxmaq riski də artıb. Aİ tərkibindən çıxmaqla bağlı vəziyyət hazırda olduqca qeyri-müəyyəndir. İran körfəzində siyasi gərginlik artır.
Lakin büdcə-vergi siyasəti haqqında yazda qəbul edilən qanun layihəsindən sonra İsveçdə işsizlik proqnozu dəyişməz olaraq qalmaqdadır. İşçi qüvvəsinin iştirakının və məşğulluq dərəcəsinin rekord səviyyədə qalacağı gözlənilir. Əlverişli vəziyyət dövlət maliyyə sahəsində də yaranıb. Bu gün İsveçdə mərkəzi hökumətin ÜDM-ə borcunun nisbəti 1977-ci ildən bəri ən aşağı həddə müşahidə edilib, dövlət borcu isə beynəlxalq baxımdan kifayət qədər aşağıdır. Növbəti ildə struktur saldosu ÜDM-in 0,2 faizi qədər dəyərləndirilir. "Bu vəziyyətdə sərt fiskal siyasət həyata keçirməyə başlamaq onun balanslaşdırılması kimi başa düşülməyəcək. Bundan başqa, İsveç bir sıra sosial problemlərlə qarşılaşır ki, bunları da biz yalnız möhkəm cəmiyyətin qurulması yolu ilə həll edə bilərik. Buna görə də hökumət gələcək büdcədə daha çox insanın işə cəlb edilməsinə, sosial təminat sistemimizin möhkəmlənməsinə, pensiyaçıların maliyyə durumunun, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına və iqlimə uyğunlaşmanı təmin etməyə yardım olacaq tədbirlərə birinci növbədə diqqət ayıracaq. Biz, həmçinin mühafizə və təhlükəsizlik üçün ayrılacaq vəsaitləri artıracağıq”, - deyə nazir Andersson vurğulayıb.
banner

Oxşar Xəbərlər