• cümə, 26 Aprel, 21:41
  • Baku Bakı 22°C

İstehlakçıların çaşdırılması hallarının qarşısı alınıb

28.10.14 19:36 1105
İstehlakçıların çaşdırılması hallarının qarşısı alınıb
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 134, mənzil 21 ünvanında fəaliyyət göstərən “SİLA” MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilərək istehlakçıların seçim sərbəstliyinə təsir göstərilməklə onların çaşdırılmasına yol verildiyi müəyyən edilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, həmin mağazanın vitrin pəncərəsində “Bütün yeni sezon mallarına 25% endirim” məzmunlu reklam yerləşdirilsə də, mağazada bu malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyənləşdirilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş “SİLA” MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər