AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İsrail səfiri qazilərin müalicə olunduğu tibb müəssisəsini ziyarət edib

İsrail səfiri qazilərin müalicə olunduğu tibb müəssisəsini ziyarət edib

Cəmiyyət
04 Mart 2021, 12:33 203
İsrailin Azərbaycandakı səfiri Corc Dik Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət edib.
 
APA-nın xəbərinə görə, bu barədə İsrail səfirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Səfir bildirib ki, Azərbaycanda olan israilli həkim, tibb bacıları və texniklər 100-dən çox qazini müalicə ediblər.

"İsrail həkimlərindən biri ilə danışdım. O dedi ki, bu müddət ərzində burada İsrail klinikalarında 6 ayda icra etdiyi əməliyyatlardan daha çox əməliyyat icra edib. Məhz bu bizim iş birliyimizin ruhudur. Bu, İsrail ilə Azərbaycan arasındakı dostluğun ruhudur. Azərbaycandakı bu insanların sağlamlıqlarını bərpa etmələrinə, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda - öz vətənlərində yaxşı, normal və layiq olduqları həyat yaşamalarına kömək etmək istəyirik. İnanıram ki, bu ölkələrimiz arasında dostluğun əlamətidir. İnanıram ki, dostluğumuz gələcəkdə daha da inkişaf edəcək”, - deyə səfir vurğulayıb.