AZE | RUS | ENG |

İsrail dronlarının Azərbaycana gətirilməsi barədə məlumatların heç bir əsası yoxdur

İsrail dronlarının Azərbaycana gətirilməsi barədə məlumatların heç bir əsası yoxdur
Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının İraqa və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu məlumatların heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədi daşıyır.
Qeyd edək ki, yayılan məlumatlarda "Haşd əl-Şaabi” (Xalq səfərbərlik bölmələri) qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandisinin ABŞ-ı İraq və İranı hədəfə almaq üçün 4 İsrail dronunu Azərbaycana gətirməkdə ittiham etdiyi bildirilir. Onun bu iddiası İraq silahlılarının Səlahəddin vilayətində yerləşən bazasının İsrail tərəfindən hədəfə alınmasından bir ay sonra səsləndirilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964