• cümə, 19 Aprel, 16:21
  • Baku Bakı 25°C

İran bu ölkələrə 14 min ton alma ixrac edib

14.12.19 17:30 774
İran bu ölkələrə 14 min ton alma ixrac edib
İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətindən 8 ay ərzində (21 mart -21 noyabr) 14 min ton alma ixrac edilib.
Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Sənaye, Mədən və Ticarət Təşkilatının sədr müavini Məhəmməd Dehqan sərhəd mübadilələrinin nizamlanması şurasının iclasında deyib.
M.Dehqanın sözlərinə görə, bu məhsullar əsasən İraq, Pakistan, Əfqanıstan və Hindistana ixrac edilib.
Təşkilat rəsmisi əlavə edib ki, hazırda vilayətin anbarlarında 750 min ton alma var və onun böyük hissəsi ixrac edilə bilər.
banner

Oxşar Xəbərlər