AZE | RUS | ENG |

İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir

İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir
İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrdən daha artıq genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu İranın iqtisad və maliyyə məsələləri üzrə naziri Fərhad Dejpəsənd ötən gecə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda İRİB müxbirinə verdiyi açıqlamada deyib.

F.Dejpəsəndin sözlərinə görə, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri vardır.

Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib:

"Azərbaycanın Baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçiriləcək. Maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıqlar haqda müzakirələr aparılacaq".

İranın iqtisad və maliyyə naziri Pirallahı Sənaye Parkı ilə də yaxından tanış olacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779