İqtisadiyyatda muzdla çalışanların sayı 1516,5 min nəfər təşkil edib
Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər təşkil edib. Onlardan 887,9 mini iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, muzdla işləyənlərin 6,0 faizi tikinti, 3,2 faizi isə kənd, meşə və balıqçılıq təsərrüfatı sahələrində fəaliyyət göstərib.