• cümə, 26 Aprel, 22:39
  • Baku Bakı 22°C

İqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 3,5 faiz artıb

26.06.18 13:45 433
İqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 3,5 faiz artıb
Yanvar-aprel aylarında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manata çatıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, əməkhaqqı neft sektorunda 3226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
banner

Oxşar Xəbərlər