• cümə, 26 Aprel, 13:10
  • Baku Bakı 23°C

İnvestisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir

31.07.14 10:35 1396
İnvestisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir
“AtaBank” ASC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda iştirak edib. Bankın mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, logistik mərkəzin, ət kəsimi müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Maştağa qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 14,3 milyon manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, logistik mərkəz, mebel, istixana konstruksiyaları və qida sənayesi avadanlıqları, ayaqqabı, plastik qapı-pəncərə, tikinti materialları, şirniyyat məhsulları istehsalı sahələrinə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 140-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Xatırladaq ki, “AtaBank” ASC də 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 93 milyon manat güzəştli kredit verilib. Təkcə 2014-cü il ərzində isə “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 17,125 milyon manat güzəştli kredit verilib. Ümumiyyətlə, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər