• cümə, 26 Aprel, 12:28
  • Baku Bakı 23°C

İnşaatda çalışan işçilərin əməkhaqqı 20,4 faiz artıb

26.12.16 10:45 1139
İnşaatda çalışan işçilərin əməkhaqqı 20,4 faiz artıb
Cari ilin yanvar-noyabr aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 96,2 min nəfər olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artaraq 809 manat təşkil edib.
İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 25,3 faiz, binaların tikintisində əməkhaqqı 15,4 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı isə 1,2 faiz artıb.
banner

Oxşar Xəbərlər