• cümə, 26 Aprel, 11:23
  • Baku Bakı 12°C

İmişlidə baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntı olmayıb

16.10.16 19:12 754
İmişlidə baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntı olmayıb
Fövqəladə Hallar Nazirliyi İmişlidə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Məlumatda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla bildirilir ki, oktyabrın 16-da yerli vaxtla saat 11:52-də Saatlıdan 30 kilometr cənub-qərbdə, İmişli rayonu ərazisində 12 kilometr dərinlikdə 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub.
İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.
banner

Oxşar Xəbərlər