• cümə axşamı, 25 aprel, 18:56
  • Baku Bakı 21°C

İmadəddin Nəsimiyə həsr olunmuş rəsm müsabiqəsi elan edilib

13.07.19 15:45 12788
İmadəddin Nəsimiyə həsr olunmuş rəsm müsabiqəsi elan edilib
Bakı Kitab Mərkəzi 6-14 yaşlı uşaqlar və yeniyetmələr arasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edib.
MərkəzdənAZƏRTAC-a bildirilib ki, rəsmlər Nəsimini və ya onun əsərlərindəki qəhrəmanları və obrazları əks etdirməlidir.
Rəsm əsəri yağlı boya, karandaş, akvarel, quaş, flomaster, qrafika və s. texnikalarla işlənə bilər. Onun əks tərəfində iştirakçının adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi yazılmalıdır.
Əsərlər avqustun 10-dək Bakı Kitab Mərkəzinə təqdim edilməlidir.
Müsabiqədə fərqlənən iştirakçılara diplomlar, müxtəlif hədiyyələr təqdim olunacaq. Ən yaxşı əsərlər yekun sərgidə nümayiş ediləcək.
banner

Oxşar Xəbərlər