AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Cəmiyyət
02 Mart 2021, 12:15 338

Dövlət İmtahan Mərkəzi 7 mart tarixində ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dən APA-ya verilən məlumata görə, bu imtahanda iştirak edəcək şagirdlər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər. "İmtahana buraxılış vərəqəsi”i və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” müvafiq təhsil müəssisələri tərəfindən də çap olunub şagirdlərə təqdim oluna bilər.