• şənbə, 27 Aprel, 05:59
  • Baku Bakı 14°C

İlin sonunadək Neft Fondunun qızıl ehtiyatları 30 ton olacaq

30.05.13 08:57 2245
İlin sonunadək Neft Fondunun qızıl ehtiyatları 30 ton olacaq
Bu barədə «APA-Economics»ə açıqlamasında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, indiyədək Fond tərəfindən 22-23 ton qızıl alınıb və bunun 7-8 tonu artıq Azərbaycana gətirilib. ARDNF başçısı həmçinin bildirilib ki, Fond bu ilin sonuna kimi alınmış qızılın tam şəkildə ölkəyə gətirilməsinə çalışacaq.
Ş.Mövsumov bəyan edib ki, dünya bazarlarında qızılın qiymətində müşahidə olunan dəyişkənlik ARDNF-i narahat etmir və Fond qiymətin aşağı düşməsi səbəbindən qızılı satmaq niyyətində deyil.
banner

Oxşar Xəbərlər