• cümə, 26 Aprel, 16:48
  • Baku Bakı 23°C

İki iri dövlət müəssisəsi birləşdirilir

06.12.13 10:45 1291
İki iri dövlət müəssisəsi birləşdirilir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Aztelekom» və «Bakı Telefon Rabitəsi» İstehsalat Birliklərinin birləşdirilməsi məsələsinə aydınlıq gətirib.
APA-nın xəbərinə görə, nazir Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, stasionar telefon rabitəsi xidmətləri ilə məşğul olan iki dövlət müəssisəsi – «Aztelekom» və «Bakı Telefon Rabitəsi» (BTRİB) İstehsalat Birliklərinin vahid ASC formasında fəaliyyət göstərməsi ilə bağlı təkliflər Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə hazırlanıb.
Ə.Abbasov vurğulayıb ki, artıq gələn il bu məsələnin həyata keçirilməsi mümkündür.
banner

Oxşar Xəbərlər