• cümə, 26 Aprel, 07:05
  • Baku Bakı 12°C

İEA 2016-cı il üçün qlobal neft tələbini azaldıb

13.09.16 18:06 858
İEA 2016-cı il üçün qlobal neft tələbini azaldıb
Beynəlxalq EnerjiAgentliyi(İEA) 2016-cı ildə qlobal neft tələbində artımın 200 min barel və ya 0,21% azalaraq 96,1 mln. barel/gün təşkil edəcəyini proqnozlaşdırır. "Report"un "Kommersant" qəzetinə istinadən verdiyixəbərə görə,İEA-nın hesabatında proqnoz göstəricilərinin azaldılmasına səbəb kimi II rübdə neft tələbinin kəskin azalması göstərilib. Agentlik həmçinin 2017-cı il üçün gündəlik neft tələbində artımı 200 min barel və ya 0,2% azaldaraq 97,3 mln. barelə endirib.
Qeyd edək ki, dünən, sentyabrın 12-də açıqlananOPEC-in hesabatında 2016-cı ildə gündəlik qlobal neft tələbindəki artım 10 min barel artırılaraq 94,27 mln. barelə çatdırılıb.Bundan başqa, 2017-ci il üçün təşkilatın proqnozlarına əsasən, qlobal neft tələbində artımın 10 min barel çox -95,42 mln. barel təşkil edəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər