• şənbə, 20 Aprel, 15:31
  • Baku Bakı 23°C

İdman yarışlarında manipulyasiya şübhəsi olduğu halda dərhal prokurorluğa məlumat veriləcək

14.03.17 11:40 606
İdman yarışlarında manipulyasiya şübhəsi olduğu halda dərhal prokurorluğa məlumat veriləcək
Nazirlər Kabineti"İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, Qaydaya əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan RespublikasınınGənclər və İdman Nazirliyitərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər.
Dəyişiklik mərc oyunları operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri ilə bağlıdır.
Dəyişikliyə əsasən, operatorun hüquq və vəzifələri artırılıb. Bundan sonra operator idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda dərhal Gənclər və İdman Nazirliyinə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verməlidir.
banner

Oxşar Xəbərlər