• cümə axşamı, 28 mart, 13:20
  • Baku Bakı 16°C

“Human Rights Watch”un rəhbərliyində erməni əsilli şəxs təmsil olunur"

01.08.20 16:53 732
“Human Rights Watch”un rəhbərliyində erməni əsilli şəxs təmsil olunur"
"Azərbaycanın beynəlxalq təşkilatlarla isti əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr ölkəmizin milli maraqlarına və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunmasına əsaslanır. Azərbaycan dəfələrlə öz milli maraqları çərçivəsində istənilən dövlətlə, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib və bunu gerçəkləşdirib. Azərbaycanla hansısa təzyiq metodları ilə danışmaq, ikili standartlardan çıxış edərək nələrisə diktə etmık isə heç bir halda qəbul olunmayıb".
Bunu Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, xüsusilə, "Human Rights Watch” kimi qurumlar insan haqlarının qorunması pirinsiplərində heç vaxt dürüstlük nümunəsi göstərə bilməyiblər: "Və bu səbəbdən də belə qurumlarla hansısa qarşılıqlı əməkdaşlıq mümkünsüzləşib. Mötəbər hesab etdiyimiz qurumların üzvlərinin lazım gələndə pulun müqabilində demokratiyaya, insan haqlarına xəyanət etmələri danılmaz faktdır. Zaman-zaman müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə qızışdırıcı metodlarla qarışmağın isə demokratiya, insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu qurumlar üçün demokratiya və insan haqları kimi fundamental dəyərlər yalnız o zaman dövriyyəyə buraxılır ki, öz maraqları təmin olunmur. Ya hansısa anlaşmada mübahisəli məqamlar var, ya da hansısa müqavilələrinin vaxtı daralıb və s...
Nəticə odur ki, bir sıra beynəlxalq qurumların insan haqlarının qorunması kimi dəyərləri sözün bütün mənalarında şübhəli xarakter alır. Məsələn, bu gün bütün dünyanın gözü qarşısında ermənilərin Avropa ölkələrində dinc kütləvi aksiyalarda həmvətənlərimizə qarşı zorakı metodlarla cavab verməsi nümunəsi arxa plana keçirilir. Əvəzində Azərbaycan heç bir əsas olmadan hədəf seçilir. Bu faktın özü hər şeyi gün kimi ortaya çıxarmırmı?
Qeyri-demokratik ölkə olan Ermənistan haqda bir dənə də təcili bəyanat, qərar qəbul etməyən beynəlxalq qurumlar niyə Azərbaycanla bağlı fərqli mövqe tutur?
Səbəb göz önündədir-ikili standartlar. İkiüzlü siyasətin aparıcıları olan Qərb institutlarının saxtakarlığı gün kimi aydın görünür və bu saxtakarların ağzından vurmaq üçün yetərli arqumentlərin üstünü ört-basdır etmək mümkün deyil. İstəsələr belə özlərinin ikili standartlardan çıxış etdiklərini gizlədə bilmirlər. İnsan hüquqlarının müdafiəçisi donuna girənlər erməni lobbisinin pulunun cazibəsi qarşısında sındıqlarını göstərmirlərmi?
"Human Rights Watch” təşkilatı bu mənada daha çox fərqlənir- desək, yanılmarıq. Bunun başlıca səbəblərindən biri qurumun Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitsonun hər zaman ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv mövqeyidir.
Bu təşkilat heç bir zaman öz mahiyyətinə uyğun- insan hüquqlarının qorunması istiqamətində ədalətli fəaliyyət ortaya qoymayıb. İkili standartlardan çıxış edərək, əslində insan hüquqlarının pozulmasına şərait yaradıb. Bu fəaliyyət öna gətirib şıxarıb ki, "Human Rights Watch”un hesabatları artıq ciddi qəbul edilmir. Təkcə Azərbaycandamı belədir? Xeyr!
Başqa ölkələrdə də bu qurumun əsl niyyəti və fəaliyyəti ifşa edilməkdə,onun hesabatlarının qərəzli olması barədə açıqlamalar verilməkdədir. Məsələn, bir müddət öncə ABŞ-ın nüfuzlu "The Wall Street Journal” nəşrində yer alan məqaləyə toxunmaq yerinə düşər. Nəşr Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş "Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc etmişdi. Həmin məqalədəki bəzi əsas məqamlara toxunmaq yerinə düşər. Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir (Eugene Kontorovich) vurğulayıb ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.
Məqalədə deyilir ki, xanım Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi daha bir ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi bu rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionu Azərbaycan ərazisi kimi tanıyır.
Müəllif daha sonra qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson, eyni zamanda "Human Rights Watch” təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, Tvitterdə Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.
Bu ziddiyyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: "Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır”.
Həqiqət isə odur ki, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. Bununla yanaşı, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını müdafiə edir.
Belə bir şəxsdən və onun təmsil etdiyi qurumdan Azərbaycana qarşı hansı obyektiv münasibət gözləmək olar? Öz yurd-yuvasından qovulan insanların hüquqlarını bir kənara qoyub, işğal altındakı ərazilərdə baş verən qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yuman qurumu və onun təmsilçisini insan haqları müdafiəçisi adlandırmaq mümkündürmü?
Mənzərə göz önündədədir: "Human Rights Watch”un rəhbərliyində erməni əsilli şəxs təmsil olunur. Bu və digər faktlar qurumun və Uitsonun erməni lobbisi tərəfindən idarə olunmasını təsdiq edir. Bunun nəticəsidir ki, "Human Rights Watch” əvvəlki fəaliyyətinə sadiq qalaraq bu günlərdə Azərbaycan diasporuna ermənilərin etdiyi vandal hücumlara reaksiya vermir və bunu hansısa bəhanələrlə ört-basdır etməyə çalışır.
Beləliklə, dünya yalançı, ikiüzlü insan haqları carçıları ilə üz-üzədir. İnsan haqları moizələri bu dairələrə öz çirkin siyasətlərini gerçəkləşdirmək üçün bir alət kimi lazımdır. İnsan haqları, demokratiya adı altında aparılan siyasətin kökündə ikili standartların dayandığını indi ancaq dünyadan bixəbərlər və cahillər anlaya bilməz...".
banner

Oxşar Xəbərlər