AZE | RUS | ENG |

Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur

Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
Dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar imzaladığı Sərəncamlar ölkə vətəndaşlarının maddi vəziyyətinin yaxşılaşdırılması üçün atılan çox mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, həmin addımları şərh edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib: "Prezident İlham Əliyevin sosial islahatlar paketi cari ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsində, ümumən sosial inkişafda inqilabi addımların atılması ilə nəticələnir. Bu il martın 1-dən həm minimum pensiyalar, həm də minimum əməkhaqqının məbləği orta hesabla 40 faiz artırılıb. Aparılan islahatlar nəticəsində tətbiq edilən artımlar həm minimum əməkhaqqı, həm də minimum pensiyalar sahəsində minimum standartlara çatmağa imkan verib.
Dövlət başçısının iyunun 18-də imzaladığı Sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqlarında ciddi artımlar edilir. Eyni zamanda, minimum əməkhaqqının artımı məqsədilə imzalanan həmin Sərəncamla Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılmaqla 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir. Bu artım birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.
Onu da qeyd edim ki, bununla bu il ərzində minimum əməkhaqları artıq ikinci dəfə ciddi şəkildə artır. Yəni bundan əvvəl dövlət başçısının bu il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış və bu artım 600 minədək insanı əhatə etmişdi. Beləliklə də, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına imkan yaradıb.
Həmçinin Prezidentin təşəbbüsü ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. İlkin hesablamalara görə, yeni artım 660 mindən çox pensiyaçını əhatə edəcək. Bu il oktyabrın 1-dən isə 200 manatdan aşağı pensiya alan vətəndaş olmayacaq.
Minimal pensiya səviyyəsinin artımı da il ərzində həyata keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu ilin martın 1-dən minimal pensiya məbləği də 116 manatdan 160 manata çatdırılmışdı, bu il oktyabrın 1-dən isə 160 manatdan 200 manata qaldırılacaq. Yəni göründüyü kimi, bu il ərzində Azərbaycanda minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib”.
Anar Əliyev daha sonra deyib: "Prezidentin Sərəncamını təhlil edəndə islahatların bütün sahələri əhatə etdiyi və kompleks şəkildə sosial siyasət həyata keçirildiyi ortaya çıxır. Həmin siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı durur. Həyata keçirilən həmin siyasət nəticəsində vətəndaşların gəlirləri artır, sosial rifahı yaxşılaşır. Aztəminatlı əhalinin gəlirlərini artıranda və həmin əhalinin istehlak səbətinin xeyli hissəsinin yerli istehsal hesabına formalaşdığı məlum olur. Bu o deməkdir ki, həmin təbəqəyə məxsus olan şəxslərin istehlakı yerli istehsalla əlaqədar olaraq artır və bu da yerli istehlakı stimullaşdıran və iş yerlərinin yaradılmasını təmin edən amillərdən biridir. Bütün bu tədbirlər dövlət başçısı tərəfindən düşünülmüş şəkildə və iqtisadi siyasətlə əlaqəli şəkildə həyata keçirilir. Yerli istehsalı, xüsusən qeyri-neft sektorunun stimullaşdırdığı minimum əməkhaqqı və minimum pensiyaların, sosial ödənişlərin məbləğini artırmaqla yerli istehsal üçün bir tələb yaradılmış olur. Atılan bu addımların mahiyyətində həm də sosial ədalətin təmin olunması dayanır”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976