• cümə, 26 Aprel, 14:04
  • Baku Bakı 23°C

Hesablama Palatasında nəzarət tədbirləri üzrə proqramlar təsdiqlənib

07.10.17 09:55 1593
Hesablama Palatasında nəzarət tədbirləri üzrə proqramlar təsdiqlənib
Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırlması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Hesablama Palatasının mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, kollegiyada iştirak edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və baş mühasibi Leyla Abdullayeva, həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, maliyyə-iqtisad sektorunun müdiri Bəsirət Cəfərova, 1 nömrəli maliyyə və iqtisadi regional bölmənin baş mühasibi Səyyarə Mustafayeva və 2 nömrəli maliyyə və iqtisadi regional bölmənin baş mühasibi Olqa Abbasova kollegiya üzvlərinin suallarını cavablandırıblar.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin bir neçə nəzarət tədbiri üzrə proqramlar təsdiq olunub.
banner

Oxşar Xəbərlər